Avtoreyd.Az Hadisə “Prava” alacağını dedi, 5 nəfərin pulunu aldı: dələduz yaxalandı

“Prava” alacağını dedi, 5 nəfərin pulunu aldı: dələduz yaxalandı


Qazax polisi dələduzluq edən şəxsi saxlayıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Salahlı kənd sakini, 56 yaşlı Musa Cəfərov 5 həmyerlisini aldadaraq onlardan ümumilikdə 5 min manat pul müqabilində övladları üçün sürücülük vəsiqəsi alacağını deyib.

Pulu aldıqdan sonra isə o paytaxta üz tutub. Dələduzluğa məruz qalan Daş Salahlı kənd sakinlərinin müraciəti əsasında polis Musa Cəfərovu Bakı şəhərində saxlayaraq istintaqa cəlb edib. O, öz ifadəsində sürücülük kursunun olduğunu bildirib.

Hazırda dələduzluqda təqsirləndirilən şəxsin başqa cinayət əməllərinin olub-olmadığı araşdırılır.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

http://www.youtube.com/watch?v=mVWrbB8XhEk

Related Post

“İnstagram”da tanış olduğu şəxsin mobil telefonunu oğurlayan Bakı sakini saxlanılıb“İnstagram”da tanış olduğu şəxsin mobil telefonunu oğurlayan Bakı sakini saxlanılıb

Sosial şəbəkələrdə tanış olduğu insanları dələduzluq yolu aldadan şəxsin saxlanılması istiqamətində polislər tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci

“Növbəti dəfə tam bağlayaram” – Xanım sürücü uşaq arabasının yolunu kəsdi (Foto)“Növbəti dəfə tam bağlayaram” – Xanım sürücü uşaq arabasının yolunu kəsdi (Foto)

Bakı şəhərinin Səbail rayonunun Əziz Əliyev küçəsində (Kukla Teatrı ilə üzbəüz) avtomobil qanunsuz olaraq parklama edib.  AvtoReyd.Az -in 1news.az-a istinadən məlumatına görə, “Facebook” sosial şəbəkəsində, “Parking Idiots in Baku” səhifəsində Fiat