Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.
AvtoReyd.Az APA-ya istinadən xəbərinə görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.
“Subaru” markalı avtomobil şəhərin mərkəzindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən zaman qarşıdakı avtomobillərdən biri sürəti azaldıb. Ara məsafəsinin azaldığını görən “Subaru”nun sürücüsü də sürəti azaltmaq məcburiyyətində qalıb. Ancaq onunla eyni istiqamətdə arxadan gələn “Renault” markalı nəqliyyat vasitəsinin sürücüsü bir anlıq sükana nəzarəti itirib və onun avtomobili zərblə “Subaru”ya çırpılıb.