Neftçalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Shacman” markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri – 58 yaşlı Hərarət Əhəd oğlu Əsgərov, Elfura Hərarət qızı Qədirova, 4 yaşlı Mirismayıl Elşən oğlu Talıbov və 47 yaşlı İsgəndər Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.