Aktyor Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

AvtoReyd.Az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış.

Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.