Avtoreyd.Az Dörd çarx Diqqət! Təbriz küçəsində hərəkət məhdudlaşdırılır – XƏRİTƏ

Diqqət! Təbriz küçəsində hərəkət məhdudlaşdırılır – XƏRİTƏ


Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az -a verilən məlumata görə, məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir”, – deyə məlumatda vurğulanıb.

Related Post

Bu yolda zolağının olmaması vətəndaşlar üçün təhlükə yaradır (Video)Bu yolda zolağının olmaması vətəndaşlar üçün təhlükə yaradır (Video)

“Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəm Rüstəmov və Məhsəti küçələrinin kəsişməsində yolun bir hissəsində piyada zolağı var, amma digər hissəsində yoxdur. Xezerxeber.az-ın məlumatına görə, mövcud vəziyyət piyadaların ərazidən təhlükəsiz şəkildə keçmələrinə çətinlik

Yanvarın 12-dən 38 nömrəli marşrut avtobuslarında gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcəkYanvarın 12-dən 38 nömrəli marşrut avtobuslarında gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək

Müntəzəm marşrut xətləri üzrə avtobusların “Bakı Kart” sisteminə inteqrasiyası davam edir. Bu çərçivədə yanvarın 12-dən etibarən 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək.