Avtoreyd.Az Hadisə Biləsuvarda iki avtomobil toqquşub

Biləsuvarda iki avtomobil toqquşub


Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbərverir ki, səhər saatlarında rayonun əsas magistralında iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən Neftçala rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Qardaş oğlu Əhmədov müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti isə ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Related Post