Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az APA-ya istinadən verdiyi  məlumata görə, hadisə  rayonun İbrahimhacılı kəndində qeydə alınıb.Hərəkətdə olan  “VAZ 21012” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ 2107” yaxınlıqdakı mağazaya çırpılıb.Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir, bunlar Köhnəqala kənd sakinləri, 1990-cı il təvəllüdlü İdrisli Ayaz Xəqani oğlu və 1991-ci il təvəllüdlü Hümbətov Nurlan Cəfər oğludur.

Xəsarət alanlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.