Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun  Aşağı Surra kəndindən keçən hissəsində motosiklet yoldan çıxaraq aşıb.

Nəticədə Salyan rayonunun Babazanlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Qocayev Natiq Cahangir oğlu ağır kəllə-beyin travması və 1976-cı il təvəllüdlü Salamzadə Mehdi Gündüz oğlu kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.