Sumqayıt şəhərində zəncirvari yol qəzası baş verib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisindəki Saray körpüsü adlanan yerdə qeydə alınıb.

Belə ki, 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ağır yaralanıb. O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hər 3 avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.