Bakının Nərimanov rayonunda avtomobil naməlum piyadanı vurub.”Report” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.99-FC-340″ dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişini vurub. Zərərçəkmiş hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun şəxsiyyətini hələlik müəyyənləşdimək mümkün olmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.