Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

AvtoReyd.Az “Report”un Qərb bürosuna istinadən məlumat verir ki, qəza Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.

Belə ki, magistralın Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində ər-arvad yolu keçmək istəyirlərmiş. Bu zaman Bakıdan Gədəbəy rayonuna doğru hərəkət edən sərnişin avtobusu kişini vurub. Nəticədə Naftalan sakini, 1966-ci il təvəllüdlü Suliddin Qəmət oğlu Şərifov hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.