Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb.

”Report”un xəbərinə görə, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb. Hadisə nəticəsində həmin avtomobilə ciddi ziyan dəyib, digər avtomobillərin isə güzgüləri sınıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.