Bu gün səhər saatlarında Salyan rayonun Xələc kəndindəki su kanalına avtomobil düşüb.

AvtoReyd.Az virtualaz.org-a istinadən xəbər verir ki, sudan çıxarılan 09 BO 697 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşından sürücü — Bərdə şəhər sakini 34 yaşlı Rauf Sahib oğlu Quliyevin və sərnişini — 34 yaşlı Ağdaş şəhər sakini Qərib Yenidünya oğlu Quliyevin suda boğulmuş meyitləri aşkar edilib.

Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.

http://www.youtube.com/watch?v=ERDZ5Mv5phg

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.