Avtoreyd.Az Hadisə Nazir maşını məktəblini vurdu – FOTO

Nazir maşını məktəblini vurdu – FOTO


Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin avtomobili ilə 11 yaşlı məktəbli vurulub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Tsxneti şossesində yerləşən məktəbin yaxınlığında baş verib. Məktəbli xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə zamanı K. Tsixelaşvilinin avtomobildə olduğu bildirilir. Dövlət naziri artıq xəstəxanada məktəbliyə baş çəkib və bildirib ki, yeniyetmə ciddi xəsarətlər almayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Related Post

Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb (Foto)Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb (Foto)

Şamaxı rayonunda yeni istifadəyə verilən iki yol torpaq sürüşməsi nəticəsində dağılıb. AvtoReyd.z APA-ya istinadən verdiyi məlumatına görə, rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr