Bakı Metropoliteninin “Koroğlu” stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hisəsində qeydə alınıb.

Mərkəzdən Sabunçu körpüsünə istiqamətdə hərəkətdə olan 90-OV-204 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü qəza xəbərdarlıq işığını yandıraraq, avtomaşını yol kənarında saxlayıb. Arxa istiqamətdə yüksək sürətlə hərəkətdə olann 99-GT-169 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil “Niva”ya çırpılıb.

Digər “Opel” markalı avtomaşını isə hər iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə “Niva”da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.