Bakının Suraxanı rayonu ərazisində yanğın baş verib. APA-nın hadisə yerindəki müxbirinin xəbərinə görə, yanğın taksi fəaliyyəti ilə məşğul olan Elman Abuzərova məxsus “Daewoo Nexia” markalı avtomobilin mühərrik hissəsində baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.