Bir sıra ölkələrdən olan istifadəçilər “Viber” və “YouTube” social şəbəkələrinin işində nazazlıqların yarandığını söyləyib.
“Qafqazinfo” RT-yə istinadən xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.
Məlumata görə, “Viber” istifadəçilərinin 55 faizi qoşulma zamanı çətinliklərin yarandığından şikayətlənib. Daha 33 % istifadəçi isə ismarıç göndərib və ya qəbul edə bilməyib.
“YouTube” istifadəçilərinin 49 faizi saytın fəaliyyətində problemlərin yaşandığını deyib. 43 % istifadəçi isə video görünülərə baxan zaman yaranan çətinliklərdən şikayətlənib.
Bundan əlavə, “Facebook”, “Instagram” və “Slack” xidmətlərinin işindədə nasazılıqların qeydə alındığı bildirilir.