Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonu ərazisində – Zığ şosesində baş vermiş dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyənləşib.
AvtoReyd.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, “KİA Cerato” markalı avtomobilin “VAZ 2104” markalı avtomobilə arxadan çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi partlayaraq yanıb və avtomobildə olan 3 nəfər: Quliyev Gülağa Məhərrəm oğlu, Namiq və Elçin adlı şəxslər vəfat edib.
Şəxsiyyətləri hələlik tam müəyyənləşməmiş Namiq və Elçinin qardaş olduğu bildirilir.
Araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.