İmişlidə zəncirvari yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib və maşın yol kənarında dayanmiş digər 3 minik avtomobilinə çırpılıb. Nəticədə də 4 avtomobilə ciddi ziyan dəyib. Bir nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bundan başqa, Şəkidə də zəncirvari qəza baş verib. 3 minik avtomobilinin toqquşduğu hadisədə 6 nəfər xəsarət alıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.