Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub. 

AvtoReyd.Az “Report” a istinadən xəbər verir ki, hadisə şəhərin Nobel prospektində baş verib.

Belə ki, Ehtiram Seyfəddin oğlu Əmirovun idarə etdiyi 99-ET-686 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq beton səkiyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.