Kanadada yüngülmotorlu təyyarə avtomobil yoluna məcburi eniş edib.

AvtoReyd.Az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Kalqari şəhərində qeydə alınıb.

İlkin ehtimala əsasən, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub.

 Hadisə nəticəsində  təyyarənin göyərtəsində olan 5 nəfər xəsarətsiz təyyarəni tərk edə bilib.

İnsidentin səbəbləri araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.