Hindistanın şimalında, Uttar Pradeş əyalətində məktəbliləri daşıyan avtobus və qatarın toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az xarici KİV-əistinadən xəbər ki, hadisə nəticəsində 13 şagird və sürücü ölüb, 8 nəfər xəsarət alıb.
Məlumata görə, ölənlərin hamısının yaşı 10-dan azdır. Məktəb avtobusunda təxminən 20-30 nəfərin olduğu deyilir.
Avtobus sürücüsü qəza anı musiqiyə qulaq asdığından diqqəti yayınıb.