Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaraoğlan kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil qarşıdan gələn “Mercedes-Benz” markalı avtomobillə toqquşub. Hadisə zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.