Donald Trampın Bakıda yerləşən binasında yanğın hadisəsi baş verib.

Minval.İnfo xəbər verir ki, bu barədə oxucular redaksiyaya video göndəriblər. Görüntülərdən aydın olduğu kimi, “Tramp tower” adlı binanın dam hissəsində tüstülənmə yaranıb.

Hazırda yanğın şiddətli şəkildə davam edir və baş vermə səbəbi barəsində məlumat yoxdur. FHN yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb ediliblər.

Qeyd edək ki, bu binada daha əvvəllər də yanğın hadisəsi baş vermişdi.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.