Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hadisə yerində nazirliyin yanğınsöndürmə briqadaları çalışır.

Yanğının lokallaşdırıldığı bildirilir. Xəsarət alan yoxdur.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.