Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı iki minik maşının toqquşub.
Nəticədə Zərdab rayon sakini, 1943-ci il təvəllüdlü Xəlil Səbili oğlu İsmayılov ölüb. Kürdəmir rayon sakinləri- Sənan Aloğlan oğlu Həsənov, Mənsimə Qulam qızı Həsənova, Ofelya Pənah qızı Həsənova, Zərdab rayon sakinləri- 11 yaşlı Xəlil Saleh oğlu İsmayılov, 68 yaşlı Əsmər Hacıkişi qızı İsmayılova, 57 yaşlı Ağaveys Ağali oğlu Yusifov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.