Goranboy rayonunun Səfikürd kəndində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbər verir ki, iki maşının toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin, 51 yaşlı rayon sakini Səadət Nəsirova xəsarət alıb.

Yaralı Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Qadının vəziyyəti normalaşdığından o, ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.