Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Nizami Gəncəvi prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.