Ələt-Astara magistralının 200 km-də, yolun Lənkəran rayonundan keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, “VAZ-2107” markalı “42-BL-759” dövlət qeydiyyat nişanlı avtomobil Digah kəndi ərazisində 1962-ci il təvəllüdlü Lənkəran şəhər sakini Abbasov Qurbanın idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü və Ürgə kəndindən olan 1981-ci il təvəllüdlü sərnişini Samir Şiriyev xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti daha ağır qiymətləndirilən Q.Abbasova qapalı kəllə-beyin travması, alın-gicgah nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.