Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, qəza nəticəsində 1988-ci il təvəllüdlü şəhər sakini Ağayev İbrahim Nadir oğlu yaralanıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.