Avtoreyd.Az Hadisə Həyəcanlı anlar: Yük maşını magistral yolda təhlükə yaratdı (Video)

Həyəcanlı anlar: Yük maşını magistral yolda təhlükə yaratdı (Video)


İndi baxacağınız təhlükəli kadrlar sizi də həyəcanlandıracaq. Bir sürücü yük maşınını avtomobillərin sıx hərəkət etdiyi yolda saatda 140 km sürətlə hərəkət etdirir. Üstəlik, həmin sürücü sərt döngələrdə təhlükəli manevrlər də edir. İndi həmin kadrları sizə təqdim edirik.

Yük avtomobilinin sürücüsü sanki magistralda yox, yarış meydançasındadır. Yük maşınları üçün sürət saatda 70 km nəzərdə tutulsa da, bu yük maşını saatda 140 km sürətlə hərəkət edir.

Avtomobillərin sıx hərəkət etdiyi yolda sürücü elə həmin sürətlə ötmə və dönmə əməliyyatları edir.

Həyəcan dolu kadrlar Ələt-Astara magistralında başqa bir sürücü tərəfindən çəkilib və “XəzərXəbər”in votsap nömrəsinə göndərilib.

Kadrlardan aydın olur ki, sözügedən avtomobilin dövlət qeydiyyat nişanı ”99-CJ-883”-dür.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, sözügedən avtomobili idarə edən sürücü kobud qayda pozuntusuna yol verməklə yanaşı, həm də digər yol hərəkəti iştirakçılarının həyatını risqə atır. Ekspertin sözlərinə görə, sürücü yol polisi tərəfindən müəyyən edilərək cərimə edilməlidir.

Ekpert onu da bildirir ki, belə sürücülərin aşkarlanaraq cərimə edilməsi digərlərinin də nəticə çıxarmasına səbəb olacaq.

Related Post

Bakıda avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü – 10 yaşlı qızı qaldıBakıda avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü – 10 yaşlı qızı qaldı

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində ağır xəsarətlər alan və 2 aydır komada olan qadın dünyasını dəyişib. AvtoReyd.Az xəbər verir ki, bu barədə baku.ws-yə mərhumun həyat yoldaşı Müzəffər İsmayılov