Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşrut xətt avtobusu “Niva” markalı avtomobillə toqquşaraq aşıb.Nəticədə avtobusda olan şəxslərin xəsarət aldığı bildirilir.

Sərnişin mikroavtobusunun qəzaya düşərək aşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.