Kürdəmir rayonunda yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Kürdəmir rayonu Karrar qəsəbəsinin sakinləri – sürücü, 1991-ci il təvəllüdlü Əliyev Elvin Şəmsəddin oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Bayramlı Ceyhun Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.