Avtoreyd.Az Hadisə Ağstafada zəncirvari yol qəzası baş verib

Ağstafada zəncirvari yol qəzası baş verib


Ağstafa rayonunda zəncirvari yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

Belə ki, 2 “VAZ” və 1 “Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər – 1959-cu il təvəllüdlü Sahibə İsmayıl qızı Rəhimova və onun 7-8 aylıq hamilə olan gəlini, 1988-ci il təvəllüdlü Elnurə Bəkir qızı Rəhimova, həmçinin digər avtomobildə olan rayonun Həsənsu kəndinin sakini, 1994-cü il təvəllüdlü Elvin Zahid oğlu Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qaynana, gəlinin və bətnindəki uşağın vəziyyəti qənaətbəxş, E.Mustafazadənin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Hamilə qadın əri və qayınanası ilə birgə yaxınlarıgilə qonaq gedərkən qəzaya düşüblər.

Hər üç avtomobilin sürücüsü xəsarət almasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Polşada sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb (foto)Polşada sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb (foto)

Hadisə zamanı sərnişin qatarında təxminən 300 nəfər olub. Onlardan 200 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza Polşanın cənubunda, Opolsk əyalətinin Ozimek şəhəri yaxınlığında baş verib. Həkimlərin sözlərinə görə,  xəstəxanaya çatdırılan