Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosu xəbər verir ki, Xaçmazdan Bakı istiqamətində hərəkət edən iki sərnişin avtobusu mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza zamanı 4 nəfər: – 1967-ci il təvəllüdlü Bakı şəhər sakini sakini Cavadova Yana Yuriyevna, 2007-ci il təvəllüdlü Bakı şəhər sakini Qurbanov Cəfər Üzeyir oğlu, 1955-ci ildə anadan olmuş Bakı şəhər sakini Səmədov Faiz Baba oğlu və 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Şayxatarov Renat Atadullayeviç xəsarət alıblar.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.