Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanlı kənd ərazisində baş verib.

Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Seyidov Seyidağa Şakir oğlu idarə etdiyi avtomobili aşırıb. Nəticədə ağır xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.