Biləsuvar rayonunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Amankənd kəndi ərazisində “Mercedes” və “Kamaz” markalı avtomobillər toquşmadan yayınaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.