Gəncədə qadın sərnişin avtobusda qəflətən ölüb.

APA-nın  verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.