Mingəçevirdən Bakıya sərnişin daşıyan taksilər avtovağzal ərazisindən çıxarılıb. Uzun müddətdir həmin ərazidə fəaliyyət göstərən sürücülər bu qərarla razılaşmır.
Xezerxeber.az-ın məlumatına görə, avtovağzalın daxilində Bakıya gedən çox olduğundan, kənarda onlar üçün müştəri tapılmır. Onlar 4 gündür belə vəziyyətlə üzləşdiklərindən paytxata sərnişin daşıya bilmirlər.
Mingəçevir avtovağzalından bildirilib ki, həmin sürücülər mikroavtobus və iri tutumlu avtobusların işinə mane olur. Üstəlik, minik maşınları ilə taksi fəaliyyəti göstərənlərin sənədləri də qaydasında deyil.
Avtovağzal rəsmisi həmin sürüclərin sənədlərini qaydaya saldıqdan sonra avtovağzalın daxilində fəaliyyət göstərə biləcəklərini deyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
