Yevlax rayonunda zəncirvari yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun rayonun Hacıselli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ -21011”, ”VAZ -21015” markalı avtomobillər “QAZel” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 3 nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir.  Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.