Mingəçevir şəhərində yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində “VAZ-2107” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının 1989-cu il təvəllüdlü sürücüsü Aşurov Nurlan İnqilab oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində yüngül xəsarət alan bir azyaşlı uşağa isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.