Qazaxda avtomobil divara çırpılıb, yaralılar var

Qazax rayonunda yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar – 1998-ci il təvəllüdlü Nəsibov Pərvin Nizami oğlu, 1997-ci il təvəllüdlü Nuriyev Kamil Adil oğlu və 1998-ci il təvəllüdlü Mansurov Ulvi Aqil oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.