Hadisə

Tovuzda uşağı avtomobil vurub

Tovuz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Şəhriyar küçəsində yolu keçmək 2009-cu il təvəllüdlü Tovuz rayon Əlibəyli kənd sakini Əmiraslanova Aylin Ruhin qızını avtomobil vurub.

Uşaq dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.