Bu gün Qazaxıstanın Cambıl vilayətində sərnişin qatarının vaqonları relsdən çıxıb.
AvtoReyd.Az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, vaqonların relsdən çıxması nəticəsində 1 yeniyetmə həyatını itirib, 3 nəfər xəsarət alıb.
Sosial şəbəkələrdə yerləşdirilən videogörüntüdə sərnişinlərin vaqonların sınmış pəncərələrindən çıxdıqları görünür.