Avtoreyd.Az Hadisə Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarət alıb (Foto)

Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarət alıb (Foto)


Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı “10 CC 011” dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Biləsuvarda fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində 22 nəfər xəsarət alıbBiləsuvarda fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində 22 nəfər xəsarət alıb

Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. AvtoReyd.Az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb. Fəhlələr pambıq yığımından qayıdırlarmış. Yaralılar Biləsuvar