Hadisə

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib (Foto)

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə  yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes”,  “VAZ 2107” minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.Bunlar Ağstafa rayon sakinləri 1950-ci il təvəllüdlü Xəlilova Mahirə Əbdülrəhman qızı, 1986-cı il təvəllüdlü Xəlilova Günay Əbülfəz qızı və Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü İbrahimov Kərim İbrahim oğludur.Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.