Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazində qeydə alınıb.

“Toyota Prado”, ” Vaz 21 099″ və ” Vaz 2106″ markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Hadisədən sonra ” Vaz 21011″ markalı maşın alışaraq yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.