Qax rayonunda  ağır yol-nqəliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şıxlar kənd sakini,1962-ci il təcəllüdlü Əfqan Nəsib oğlu Osmanov idarə etdiyi 90-MG-445 Dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Nəticədə sürücü Ə.Osmanov və onun sərnişini, həmkəndlisi, 1979-cu il təvəllüdlü Azad Hümmət oğlu Əmrahov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, hər iki yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-stabildir.

Faktla bağlı araşdırma aparılır

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.