Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət bərpa olunub. 

AvtoReyd.Az-in “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla verdiyi məlumata görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb.

Eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də Bakı-Moskva qatarı artıq Bakıya çatıb.

Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.