Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, rayonun Yenikənd kənd sakini, 1994-cü il təvəllüdlü Mahir Adil oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətlər alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.